Musiqinin əfsanəvi səsi olan Elvis Preslinin Vyetnam müharibəsinə qarşı çıxan məşhur Beatles qrupunun üzvü Con Lennonadan ABŞ-ın keçmiş prezidenti Niksona casusluq edirmiş.
Teleqraf.com bildirir ki, ingilis musiqi aparıcısı Bob Harris də ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun hakimiyyəti dövründə “Rok kralı” kimi tanınan Elvis Preslinin casusluq etdiyini açıqlayıb.
Harris qeyd edir ki, 1970-ci illərdə prezident Niskson Elvis Presleydən Con Lenon haqqında geniş məlumat toplamaq və onu müşahidə etməsini istəyib. O, buna səbəb kimi Lenonun Vyetnam müharibəsinə nifrət etdiyini göstərib. Məhz bu səbəbdən də prezident Nikson Nyu-Yorkda yaşadığı zaman Presleydən casusluq etmək, Lenon haqqında bilgilər əldə etməsini istəyibmiş.
Lenon özü bir zamanlar telefonlarının dinlənildiyini və daima izlənildiyini söyləyib, ancaq o zaman bunlar Lenon xəyali gücünün bir məhsulu kimi qəbul olunurmuş. Amma tarix sübut edib ki, müğənni izlənildiyini və telefon danışıqlarının dinlənildiyini heç də təsadüfən iddia etmirmiş.
Müğənni Nyu-Yorkda çətin vəziyyətə düşərək yaşadığı ölkəsi İngiltərəyə dönəcəyi təqdirdə Niksonun atacağı addımlar səbəbindən bir daha ABŞ-a qayıda bilməyəcəyini də qeyd edirmiş.
Prezident Niksonla Elvis Presley arasında münasibətlərin çox yaxşı olduğuna diqqət çəkən musiqi aparıcısı Harris qeyd edib ki, ikili Lennon haqqında təsadüfən geniş məlumatlara sahib olmaq istəmirmiş.
Qeyd edək ki, dünya musiqisinin bu iki nəhəng səsi 1965-ci ildə Los-angeledsə bir araya gəlib. İlk görüş zamanı Presley dünya rokunun kralına nifrət etməyə başlayıb beləcə həm də münasibətlər küskün rəqabət formasına çevrilib.
Əslində bu, Lennon üçün xəyal qırıqlığı yaradan bir durum olub, çünki o, Presleyin mahnılarını çox dəlicəsinə sevirmiş. Lakin Presleyin sağçı və cənub təəssübkeşliyi onun üçün şok yaratmış olur. Elə Presleydə bu amillərə əsaslanaraq Lennon haqqında casusluq etmək qərarına gəlir. Beləcə Presleyin həm də casusluq fəaliyyəti başlayır.
Məlumat üçün qeyd edək ki, Presley 1977, Nikson uisə 1994-cü ildə vəfat edib. Con Lennon isə 1980-cı ildə Nyu-Yorkda öldürülüb.
Presleyin Lennonla bağlı casus fəaliyyəti göstərməsini gücləndirən başqa arqument onun 1970-ci ildə Niksonla Ağ Evdə “qəribə” görüşünün keçirilməsi olub. Məhz bu onun casus olması iddialarını gücləndirir.
“Presley Beatles qrupunun anti-amerkanizmdə əsl güc olduğunu düşündüyünü bildirdi”,-Federal Təhqiqatlar Bürosunun (FTB) hesabatında qeyd olunan ifadə də dünyanın məşhur səsi sayılan Prsleyin casus olması haqda iddiaları gün işığına çıxarır.
FTB-nin bir zamanlar məxfi hesabatı sayılan başqa bir sənəd də isə “Elvis Presley çirkin görünüşləri və düşündürücü musiqiləri ilə Beatles qrupunun yeniyetmələrlə yaşanan problemlərin əsasında durur” ifadəsini işlədir.
O da məlum olur ki, Ellvis Preslin ABŞ hökumətindən “Federal Narkotik Nişanı” almağa çalışıb.