22 Noyabr 2021 21:54
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas Universitetinin professoru Qian Vanqın rəhbərlik etdiyi tədqiqatdan maraqlı nəticələr ortaya çıxıb. Qədim qəbiristanlıqda tapılan insan skeletinin 1300 il əvvəl qətlə yetirilən yeniyetmə olduğu müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, elm adamları Çinin Ninsya şəhərindəki qəbiristanlıqda soyğunçular tərəfindən tapılan skeleti araşdırıblar.

Araşdırmalar nəticəsində gəncin necə öldüyü müəyyən edilib.

Araşdırma nəticəsində müəyyən olunub ki, başı və bədəninin müxtəlif nahiyələrində yaralar olan gənc 13 ölümcül bıçaq xəsarəti alıb. Tədqiqatçılara görə, rəqiblərinə gücü çatmayan gənc onlara tez təslim olub. Qatillər cinayətlərini gizlətmək üçün qəbiristanlıqda dəfn etmə üsulunu seçiblər ki, bu da o dövrdə tətbiq edilən taktikalardan biri idi.

Professor Qian Vanq araşdırmanın elm adamlarını həyəcanlandırdığını deyib:

“Bu durumla ilk dəfədir qarşılaşırıq. Çünki müasir qətl hadisələrində qurbanı qəbiristanlıqda dəfn etmək üzləşdiyimiz bir şey deyil. Hücum edənlər cəzadan yayınmaq üçün belə bir üsula əl atıblar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər