20 Dekabr 2021 14:22
2 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnologiyanın son iki yüz ildə işıq sürəti ilə inkişafı yaşadığımız kainat haqda əvvəlkindən daha çox məlumat əldə etməyə imkan verdi. Bəşəriyyət Günəş sistemindəki qonşu planetləri kəşf etdikdən sonra Marsda araşdırma aparacaq inkişaf səviyyəsinə gəlib çatıb.

Teleqraf.com xəbər verir ki, elm adamları bu dəyişmə və inkişaf prosesində sabit qalan yeganə şeyin kainatın özünün qaydaları olduğunu düşünürdülər.

Görünür, bu fikir də dəyişə bilər.

ABŞ-ın Braun Universiteti və “Microsoft” tədqiqatçıları fizikanın məlum qanunlarının dəyişə biləcəyini irəli sürüblər. Elm-texnologiya jurnalı “Popular Mechanics” bu ilin əvvəlində “Özü-özünə öyrənən kainat” adlı məqalə dərc etmişdi. Elm adamları bu məqalədə kainatın zamanla əmələ gələn şərtlərə uyğunlaşdığını və fizika qanunlarını dəyişdirdiyini deyirlər.

Tədqiqat qrupu kainatda onun şərtlərə uyğunlaşmasını təmin edən mexanizmin olub-olmadığını öyrənmək üçün belə bir araşdırmaya müraciət etdiklərini bildirirlər. İrəli sürülən nəzəriyyəyə görə, kainat canlıların təkamülündə olduğu kimi, indiki şərtlərə uyğunlaşacaq şəkildə özünü formalaşdıra bilər. Məsələn, Nyutonun cazibə qanunlarının kainatın erkən dövrlərindəki kimi işləməyə biləcəyi söyləyirlər.

Kolumbiya Universitetinin fizika professoru Janna Levin irəli sürülən nəzəriyyəni ümumiləşdirir: “Əgər kainat əlindəki məlumatlardan vəziyyətə uyğunlaşmaq üçün hesablamalar apara bilirsə, biz onu “süni intellekt” texnologiyasına bənzədə bilərik”.

Digər tərəfdən, tədqiqat qrupu bu nəzəriyyələrin doğruluğu ilə bağlı heç bir iddia irəli sürmür və bunu bu sahədə kiçik bir addım hesab edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər