27 Dekabr 2021 00:28
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus bədənin əksər orqanlarına, xüsusən də ürəyə və beyinə daxil olur və orada yeddi aydan çox qala bilir.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) alimlərinin araşdırmalarının nəticələrində göstərilib.

Məlumata əsasən, mütəxəssislər COVID-19-dan ölən 44 şəxslərin cəsədlərindən nümunələri təhlil ediblər və "simptomların özünü göstərməyə başlayandan 230 günə qədər beynin bütün bölgələri də daxil olmaqla bir çox anatomik yerlərdə davamlı SARS-CoV-2 RNT" tapıblar.

Alimlər bildiriblər, koronavirus bədənin demək olar ki, bütün orqanlarında aşkar edilib və hətta yüngül simptomları olan xəstələrdə də geniş yayılıb. Eyni zamanda, tənəffüs yollarından kənarda ciddi iltihab müəyyən edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər