12 May 2022 13:53
2 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada nasist qızılı axtaran fond 200 milyon funt sterlinq dəyərində xəzinə tapıb.

Teleqraf.com xəbər verir ki, İkinci Dünya müharibəsi zamanı nasistlərin talan etdikləri qızılların taleyi uzun illərdir xəzinə ovçularının əsas hədəfidir.

Araşdırmalardan sonra Silezya Körpüsü Fondunun tədqiqatçıları Polşanın cənubundakı Minkovskie kəndində ümidverici bir qutu aşkar ediblər. Ərazidə 18-ci əsrə aid sarayın konservatoriyasında 50 sm enində qutu tapılıb.

Ərazi nasist SS zabitinin gündəliyi və başqa bir zabitin çəkdiyi xəritə ilə müəyyən edilib. Nasistlər tərəfindən basdırıldığı güman edilən qutu tələ ola biləcəyi səbəbindən hərbi səlahiyyətlilərdən icazə tələb olunur. SS əsgərləri tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə edildiyi bildirilən sarayın ətrafındakı torpaqda 10 ton qızılın olduğu düşünülür. Fondun əldə etdiyi gündəlikdə Fransadakı kolleksiyalardan oğurlandığı güman edilən beynəlxalq əhəmiyyətli 47 sənət əsərinin bölgədəki anbarlarda tapıldığını göstərən rizlər var.

Bottikelli, Rubens, Monet, Dürer, Rafael, Rembrandt kimi dünyaca məşhur adların əsərlərinin bölgədəki yerlərdə olduğu güman edilir.


Müəllif: Nemət