Fransanın məşhur elm adamlarından biri, bu ölkənin Atom Enerjisi Komissiyasının direktoru Etyen Klayn Günəşə ən yaxın ulduz olan “Proksima Sentavra”ya aid olduğunu söylədiyi bir görüntünü Tvitterdə paylaşdıqdan sonra birdən-birə elm dünyasının reaksiyasını özünə çəkib.
Teleqraf.com xəbər verir ki, müzakirələrin genişlənməsindən sonra şəkildəki qırmızı obyektin ulduz deyil, kolbasa olduğunu deyən Kleyn izləyicilərindən üzr istəyib.
Fotonun “Ceyms Uebb” teleskopu ilə çəkildiyini iddia edən Kleyn “Bu qədər çox detal... hər gün yeni dünya üzə çıxır” qeydi ilə paylaşdığı şəkil elm adamlarının yanlış görüntülərlə mübarizə apardığı bir vaxta təsadüf etdiyi üçün müzakirələrə səbəb olub. Elm adamı sonradan bunun bir zarafat olduğunu bildirib .
Kleyn daha sonra bir qalaktikanın şəklini paylaşaraq, bu dəfə izləyicilərinə bunun real olduğunu deyib.