Endryu Makkarti və Konnor Metern adlı iki astrofotoqraf Ayın qeyri-adi, detallı və rəngarəng görüntülərini çəkməyi bacarıb.
Teleqraf.com xəbər verir ki, fotoqraflar Ayın rənglərini, kraterlərini və parıltısını detallı şəkildə əks etdirən 174 meqapiksellik fotolarını çəkmək üçün iki il sərf ediblər.
İki illik zəhmətin sonunda Ayın möhtəşəm fotoları ortaya çıxıb.
Makkarti planetlərin təfərrüatlı şəkillərini çəkməkdə, Matern isə kosmik rənglərdə ixtisaslaşıb. Güclərini birləşdirən ikili Yerin təbii peykinin detalları görüntüsünü yaradıblar.
İkili fotoya NASA-nın insanları Aya göndərəcək “Artemis 1” missiyasına ithafən “The Hunt for Artemis” adlandırıblar.
Makkarti və Metern sosial şəbəkə vasitəsi ilə bir-biri ilə ünsiyyət quraraq Ayın detallı görüntüsünü çəkmək barədə razılaşıb.
Makkarti Arizonadan 200 000-dən çox, Matern isə istədiyi rəngləri əldə etmək üçün Luizianadan 500-dən çox fotoşəkil çəkib.
Fotolardakı çalarlar həqiqətən ayın rəngini əks etdirir. Qırmızı rənglər dəmir və müxtəlif minerallarla zəngin əraziləri göstərir, mavi rənglər isə reqolitin titanla zəngin ləkələridir.