8 Noyabr 2022 10:11
2 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın “The Washington Post” nəşri ABŞ prezidenti Co Baydenə mətbuatda danışdığı bir sıra yalan ifadələrinə görə "Mütləq Pinokkio" titulunu verib.

Teleqraf.com xəbər verir ki, bu kateqoriya üzrə siyahı kütləvi informasiya vasitələrində ictimai xadimlər tərəfindən səslənən yalan ifadələrin tez-tez təkrarlanması halları ilə müəyyən olunur. Daha öncə bu titul ABŞ-ın 45-ci prezidenti Donald Trampa verilib.

Nəşr qeyd edib ki, Bayden tez-tez Çin lideri Xi Jinping ilə keçirilən müntəzəm görüşlər və treninqlər haqqında danışırdı. Amma Baydenin Çin siyasətçisi ilə dediyi qədər görüşdüyünə dair heç bir sübut yoxdur.

Jurnalist Qlenn Kessler bildirib ki, xüsusilə benzin qiymətləri ilə bağlı vəziyyət Baydenin saxta tezislərinə misaldır. Bayden vəzifəyə gələndə benzinin qiyməti təxminən 2,48 dollar idi, baxmayaraq ki, o, litri üçün 5 dollar tələb edirdi.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər