2 Aprel 2023 12:40
4 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın qərbindəki quraqlıq güclü dayazlaşmaya səbəb oldu.

Nevada və Arizona sərhədindəki Mead gölünün səthində insan qalıqları tapılır.

Teleqraf.com “Newsweek” nəşrinə istinadən xəbər verir ki, bu göl Huver bəndi sayəsində əmələ gələn Kolorado çayında su anbarı kimi fəaliyyət göstərir. Hazırda onun cəmi 30%-nin dolu olduğu bildirilir. Çəkilən sular sayəsində çox dəhşətli tapıntılar aşkarlanıb.

Nəşr qeyd edir ki, gölün dayazlaşması ilə əlaqədar polis 1974-cü ildə ərazidə itkin düşdüyü bildirilən 39 yaşlı Las-Veqas sakini Donald Smitin yoxa çıxmasının sirrini açmağa nail olub.

Qeyd olunur ki, bu, yeganə belə hal deyil. Son bir ildə göldən ən azı altı skelet tapılıb və çox güman ki, daha çox tapılacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər