28 May 2023 09:19
6 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda bir dövlət məmuru selfi çəkərkən suya düşən telefonunu xilas etmək üçün bəndi boşaltmalı olub.

Teleqraf.com xəbər verir ki, hadisə Hindistanın Çhattisqarh əyalətində baş verib.

Kherkatta bəndinə düşən telefon 1200 dollar dəyərində olub. İlk olaraq bölgədəki dalğıclara müraciət edən Rajesh Vişvas səylərin nəticəsiz olduğunu görüb, sonra pulunu ödədiyi dizel yanacaqlı su nasosunu işə salıb. Telefonu xilas etmək üçün işə salınan su nasosu 3 gündə 2 milyon litr suyu bənddən boşaldıb.

Hadisədən sonra vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Vişvas barəsində istintaq başladılıb. O, telefonunda dövlətin gizli sənədlərinin olduğunu iddia edib. Suyun boşaldılması üçün də bənd rəsmisindən şifahi icazə aldığını deyib. Məmur bildirib ki, vurulan su yaxınlıqdakı suvarma kanalına yönəldiləcək və fermerlərin istifadəsinə veriləcək.

Axıdılan suyun 600 hektar kənd təsərrüfatı sahəsini təmin etməyə kifayət etdiyi bildirilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər