Tarix boyu müxtəlif mədəniyyətlərdə ölüm və yasla bağlı özünəməxsus rituallar olub. Bəlkə də bunlardan ən maraqlısı mərhumun günahlarını simvolik olaraq üzərinə götürmək üçün “Günah yeyən” adlanan şəxsin həyata keçirdiyi “günah yemə” ritualı idi.
Teleqraf.com xəbər verir ki, bu ritualda “günah yeyən” günahlarını simvolizə edən yemək yeyərək ölülərin günahlarını üzərinə götürürdü.
Bəzi mədəniyyətlərdə bu mərhumun qohumları tərəfindən həyata keçirilirdi. “Günah yemə”nin kökü qədim sivilizasiyalara gedib çıxır.
Qədim dövrlərdə bir çox mədəniyyətlərdə ölüm son yox, “yeni həyat”ı simvolizə edirdi. Bu zaman mərhumun “o biri tərəf”ə daha rahat keçə bilməsi üçün günahlardan təmizlənmə mərasimləri keçirilirdi. Bu, xüsusilə günah və axirət anlayışının vacib olduğu dinlərdə geniş yayılmışdı.
“O biri dünya”nın mövcudluğuna inanan bu mədəniyyətlər öz ölülərini yad etmək, “o tərəf”ə getmələrini asanlaşdırmaq istəyi ilə belə ayinlər icra edirdilər. Hesab olunurdu ki, günahlarının təmizlənməsi nəticəsində dünyasını dəyişən şəxs rahatlığa qovuşaraq o biri dünyaya rahatlıqla gedə bilər.
“Günah yemə” kimi qəribə rituallar sayəsində fərdlər və cəmiyyətlər ölümün emosional və psixoloji təsirləri ilə daha asan mübarizə apara bilirdilər. Bu baxımdan “günah yemə” ritualları vida mərasimi kimi istifadə olunurdu.