ABŞ-ın keçmiş birinci xanımı Melaniya Tramp ABŞ-ın Müstəqillik Günü ərəfəsində "1776 NFT" kolleksiyasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Fox News" məlumat verib.
Kolleksiya Azadlıq Heykəli, Raşmor dağı və Filadelfiyada yerləşən "Azadlıq Zəngi" də daxil olmaqla ABŞ-ın əsas görməli yerlərinin altı təsvirindən ibarətdir. Hər bir obraz vətənpərvərlik motivləri olan musiqi treki ilə müşayiət olunur.
Kolleksiyadakı əşyaların hər biri Amerika həyatının fərqli aspektini əks etdirir və “Amerika ideallarının əsaslarını” ifadə etmək üçün yaradılıb.
Onların satışından əldə olunan gəlirin bir hissəsi himayədar ailələrdən olan uşaqların təhsil almasına kömək edən Gələcəyin Təşviqi layihəsinə bağışlanacaq.
Melaniya Tramp əri Donald Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsindən sonra 2017-ci ildən 2020-ci ilə kimi ABŞ-ın birinci xanımı olub.