Londonda yataq böcəkləri ilə bağlı ciddi narahatlıq var.
Teleqraf.com “Sky News” nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, dezinfeksiya xidməti bununla bağlı məlumat yayıb. Təşkilatın məlumatına görə, 2021-2023-cü illər arasında yataq böcəyi olan ev təsərrüfatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Yataq böcəklərinin yayılma sürəti insanların kütləvi şəkildə səyahətə başladığı yayda xüsusilə yüksək olur.
Səlahiyyətlilər koronavirusla bağlı məhdudiyyətləri qaldırdıqdan sonra problem daha da pisləşdi. İndi həşəratlar tez-tez nəqliyyatda və ya xəstəxanalarda görünür.
Mikrobioloq David Keynin sözlərinə görə, Londondakı problemin miqyasını Parisdəki durumla müqayisə etmək olar.
"Fərq ondadır ki, Fransa paytaxtının sakinləri problemdən danışır, ingilislər isə bu barədə susmağa çalışırlar".