2 Yanvar 00:39
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo anasına doğum günündə avtomobil hədiyyə edib.

Teleqraf.com xəbər verir ki, 38 yaşlı forvard ötən həftəsonu Madeyra adasına uçaraq 69 yaşı tamam olan anasına “Porsche” markalı avtomobil hədiyyə edib.

Qeyd edək ki, bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Ronaldo “Qızıl top”un 5 qat sahibidir. Karyerası ərzində o, Madrid "Real"ında oynayıb, klub tarixinin bombardiri olub, həmçinin "Mançester Yunayted", "Yuventus" və "Sportinq" klublarında çıxış edib.


Müəllif: Teleqraf.com