3 Fevral 17:36
2 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda inəkləri kəsən və bunda müsəlmanları günahlandıran radikal millətçi qrupun üzvləri yaxalanıb. Hadisə yerində bir müsəlmanın fotosunun tapıldığı, amma bunun sui-qəsd olduğu üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, polis Uttar Pradeş ştatında milli-dini azlıqlara qarşı hücumları ilə tanınan millətçi qruplaşmanın lideri Bacranq Dal da daxil olmaqla 4 nəfəri saxlayıb.

Polis sözügedən şəxslərin inək kəsməkdə və bunda müsəlmanları günahlandırmaqda ittiham edildiklərini açıqlayıb.

Baş müfəttiş Əmrac Mina hadisə yerində Mahmud adlı müsəlmanın fotosunun tapıldığını, amma bunun bir sui-qəsd olduğunun anlaşıldığını deyib.

İnək başları 16-28 yanvar tarixlərində hindli zəvvarların Haridvar məbədinə getmək üçün istifadə etdikləri Kanvar yolunda tapılıb.

Baş verənlər bölgədə etirazlara səbəb olub.

Hindistanda inəklər müqəddəs hesab edilir. Hindlilər tanrı kimi inandıqları inəkləri kəsmirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər