10 Fevral 18:22
2 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor Uill Smitin həyat yoldaşı Jada Pinkett Smit Los-Ancelesdəki mənzilinin eyvanından iki qulduru qovub.

Teleqraf.com xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Polisin məlumatına görə, fevralın 9-da axşam saat 20:00 radələrində iki kapüşonlu şəxs evdə heç kimin olmadığına inandıqları üçün ulduzun evinə girməyə cəhd edib.

Polis hadisəni törədənləri tapa bilməyib.

Aktrisa və teleaparıcı bir neçə ildir ki, əri ilə yaşamır. Keçən il o, Uill Smit ilə yenidən bir araya gələ biləcəyinə işarə etdi, lakin bu hələ baş verməyib.


Müəllif: Pərvin Cəfərova