Gənclər 230 metrlik televiziya qülləsinin zirvəsinə qalxaraq video çəkiblər.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Büyükçekmece şəhərində qeydə alınıb.
Ərazidə yerləşən 230 metr hündürlüyündəki televiziya qülləsinin zirvəsindəki antenaya çıxan gənclərin görüntüləri gündəm olub.
Mustafa Kurt adlı gənc dostu ilə birlikdə heç bir təhlükəsizlik tədbiri almadan yüksəklikdən çəkdikləri videonu sosial media hesablarında paylaşıblar. Baxanları heyrətə gətirən görüntüləri təqdim edirik: