Tik-tok platforması insan beynini öldürür.
Teleqraf.com xəbər verir ki, danimarkalı alimlər araşdırmaları nəticəsində bu qənaətə gəliblər.
Araşdırma zamanı məlum olub ki, qısa videoların yaradıldığı, paylaşıldığı və izlənildiyi sosial media platforması olan TikTok-un insanların fikrini cəmləşdirmə qabiliyyətini öldürdüyü bildirilib. Danimarka Texniki Universitetinin araşdırmasına görə, TikTok-un çox qısa videoları həddindən artıq çox baxışa səbəb olur və beynin strukturunu dəyişir.
Beyinlər qısa videolara öyrəşdikləri üçün uzun mövzulara, uzun filmlərə və sənədli filmlərə diqqət yetirə bilmirlər. TikTok qısa videoları ilə də asılılıq yaradır. Bu kontekstdə heç bir uzun mövzuya diqqət yetirə bilməyən insanlara "TikTok beyinli" deyilir. TikTok sorğusunda istifadəçilərin demək olar ki, yarısı bir dəqiqədən uzun videoların belə “stressli” olduğunu iddia ediblər.
Mütəxəssislərin fikrincə, TikTok asılılıq yaradan platformadır.