27 İyun 08:12
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur fizik Albert Eynşteynin ABŞ-nin keçmiş prezidenti Franklin Ruzveltə nasistlərin "çox güclü bombalar" yaratmaq üçün nüvə tədqiqatı apardığına dair xəbərdarlıq məktubu sentyabrda hərraca çıxarılacaq.

Teleqraf.com “The Guardian” qəzetinə istinadən xəbər verir ki, dəyərinin 4 milyon dollar olduğu təxmin edilən iki səhifəlik məktubu “Christie's” adlı şirkət sentyabrda hərraca çıxaracaq.

Məktubda Eynşteyn dövrün Almaniya hökumətinin nüvə tədqiqatlarına dəstək verdiyini və bu araşdırmalar nəticəsində güclü bombalar istehsal edə biləcəyini xəbərdar edir və ABŞ-nin da oxşar fəaliyyətlərə əl atmasını tövsiyə edir.

Almaniyanın Polşanı işğal etməsindən bir neçə həftə əvvəl yazılan 2 avqust 1939-cu il tarixli məktubda Eynşteyn uranın mühüm enerji mənbəyi ola biləcəyinə işarə edir.

Məktubda nəzəri fizik böyük uran kütlələrinin nüvə zəncirvari reaksiya yarada biləcəyini bildirir və bu reaksiyadan bomba hazırlamaq üçün istifadə oluna biləcəyini vurğulayır.

Microsoft-un həmtəsisçisi Pol Allen məktubu 2002-ci ildə Malcolm Forbes-dan 2,1 milyon dollara aldıqdan sonra məktubun sonuncu sahibi oldu. Məktubun uzun nüsxəsi Hyde Parkdakı Ruzvelt kitabxanasındadır.


Müəllif: Arzu

Oxşar xəbərlər