28 İyun 08:25
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya İmperatriçəsi Masakonun Londonda Kraliça Kamilla ilə birlikdə at sürərkən maska ​​taxması diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, İngiltərə Kralı Çarlz və Kraliça Kamilla Yaponiya İmperatoru Naruhito və xanımı Masakonu qəbul ediblər.

Görüş zamanı cütlüyün şərəfinə böyük ziyafət verilib. Cütlüyün üç günlük səfərinin ilk axşamında təşkil olunan ziyafətə dövlət xadimləri və zadəganlar qatılıb.

Yaponiya pandemiya zamanı maskalardan imtina edən son ölkələrdən biri olub. Ancaq imperatriçanın hələ də maskadan istifadəsi müəmmalıdır.


Müəllif: Arzu