4 İyul 22:30
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşmış yük maşınından pendir oğurlayan polis məmuru işindən qovulub.

Teleqraf.com xəbər verir ki, hadisə Almanyada baş verib.

Məlumata görə, polis zabiti aşan maşından hər biri 20 kiloqram olan 9 qutu pendiri oğurlayıb.

Hakim qarşısına çıxarılan poliq bildirib ki, yük maşını aşmışdı, içindəki mallar ətrafa səpələnmişdi, bəziləri yararsız hala düşmüşdü. "Götürdüyüm pendirlər, onsuz da, satış üçün yaramırdı, zibil qutusuna atılacaqdı", deyə polis qeyd edib. .

Məhkəmə baş verən hadisəni "Almaniya polisinin nüfuzuna ciddi zərbə" kimi dəyərləndirib və polisin işdən çıxarılması qərarının qanuni olduğuna dair qətnamə çıxarıb.


Müəllif: Arzu