7 İyul 22:17
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildə 8,4 milyard istifadəçinin parollarını paylaşan "ObamaCare" adlı istifadəçi daha 1,5 milyard nəfərin parollarını paylaşaraq yeni rekord qırıb.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, Litvada yerləşən "CyberNews" araşdırma qrupu, paylaşılan parolların "RockYou2024" adlı mətn faylı ilə internetə yükləndiyini bəyan edib.

Faylda cəmi 9 milyard 948 milyon 575 min 739 nəfərin parolları yer alıb.

"CyberNews" araşdırma qrupuna görə, "RockYou2024"un maliyyə fırıldaqları və adam oğurluğuna yol açan bu fəaliyyəti bütün dünyada sosial şəbəkə istifadəçilərini təhdid edir.


Müəllif: Arzu

Oxşar xəbərlər