8 İyul 00:34
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antidepressant və digər benzodiazepinlərdən uzunmüddətli istifadədə beyinin kiçilməsinə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bu maddələr narahatlıq pozğunluqlarını müalicə etmək üçün istifadə olunur.

Benzodiazepinlər yuxusuzluq, narahatlıq və dəgər pozğunluqları müalicə etmək üçün təyin olunan sedativ dərmanlardır. Onlar mərkəzi sinir sisteminin fəaliyyətini boğurlar. Nəticədə insanın əhval-ruhiyyəsini yaxşılaşır, əzələ spazmları aradan qalxır. Preparatlar həmçinin yuxululuğa səbəb ola bilər. "Xanax"da daxil olmaqla bu tip dərmanlar yüksək dərəcədə asılılıq yaradır və əvvəlki tədqiqatlar göstərib ki, uzunmüddətli istifadə yaddaş və hərəkət problemlərinə təsir edir. Buna görə də, onların mümkün qədər ən aşağı dozada və iki-dörd həftə ərzində istifadə edilməsi tövsiyə olunur.

Amma benzodiazepinlər təyin olunan xəstələrin 6% -dən 15% -ə qədəri bu dərmanları altı aydan çox qəbul edir.

Hollandiyadan olan beş min insan üzərində aparılan yeni araşdırmada tədqiqatçılar benzodiazepindən uzunmüddətli istifadənin başqa bir fəsadını müəyyən etdilər. Bəlli olub ki, bu dərmanlar beyinin iki sahəsinin - hipokampus və amigdalanın həcmini kiçildirlər. Birincisi yaddaşın formalaşmasına, ikincisi isə duyğulara cavabdehdir. Benzodiazepin qəbul edənlərdə demensiya xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olduğu müəyyən olunub.

Benzodiazepinləri yuxu dərmanı kimi qəbul edən iştirakçılar, narahatlığı müalicə etmək üçün qəbul edənlərə nisbətən ağ maddənin həcmini daha tez itiriblər.


Müəllif: Arzu

Oxşar xəbərlər