Ukraynada türk mənşəli olduğunu göstərən bir neçə soyad var. Az da olsa, belə soyadlar var və ekzotik səslənirlər. Əgər bunların daşıyıcısınızsa, demək, əcdadlarınız türk ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın UNIAN Agentliyi yazır.
“Ukraynada türk soyadları olduqca nadirdir, amma var. Ən populyarlarını sadalayırıq və mənalarını izah edirik”, - məqalədə deyilir.
Agentlik həmin soyadlardan bəzilərini təqdim edib:
Aivazov (Ayvazov) – Türk eşikağası. 162 daşıyıcı.
Arnaut - Hərbi rütbə. Ukraynada 1517 bu soyadda adam yaşayır.
Aslan - 20 daşıyıcı.
Bayraktar (Bayraqdar) - Ukraynada 139 soyad daşıyıcısı yaşayır.
Demir (Dəmir) - 39 daşıyıcı.
Doqan (Doğan) - türkcə “Şahin” deməkdir. Ukraynada bu soyadda 76 nəfər yaşayır.
Koç (Qoç) - 81 daşıyıcı.
Mustafa - Mustafa soyadı və adı türk sultanları və onların ailə üzvləri arasında tez-tez rast gəlinirdi. Ukraynada 300 bu soyad daşıyıcısı yaşayır.
Ozturk (Öztürk) - Türkcə “əsl türk” deməkdir. 23 daşıyıcı.
Osman - Osmanlı İmperiyasınıbn qurucusunun adından gəlir. 183 daşıyıcı.
Çakir (Çakır) – Bu soyadın 58 daşıyıcısı var.
Çelik - Türkcə “polad” deməkdir. Ukraynada 170 daşıyıcı var.
Çavs və Çaus (Çavuş) – Türklərdə hərbi rütbə). Ukraynada ümumilikdə bu soyadda 1956 nəfər yaşayır.
Jançarenko (Yeniçəri) - Osmanlı İmperiyası ordusunun piyadaları. 26 daşıyıcı.
“Ukraynada belə türk soyadlarına az rast gəlinir, amma var. Əgər kimlərəsə sahib olmaq qismət olubsa, demək, ailələrində türklər və ya başqa türk xalqlarının nümayəndələri olub”, - Ukrayna agentliyi əlavə edir.