Dünyanın ən böyük sendviçini hazırlamaq üçün yüzlərlə kilo un və ət istifadə olunub.
Teleqraf.com xəbər verir ki, aşpazlar və onların tələbələri Boliviyada maraqlı rekorda cəhd edib.
Boliviyanın paytaxtı La Pazda yüzlərlə insan dünyanın ən böyük sendviçi rekordunu qırmaq üçün birlikdə çalışıb.
Sendviçin üçün 300 kiloqram un və 380 kiloqram ət istifadə olunub.
Aşpazların hazırladığı nəhəng sendviç daha sonra əraziyə toplaşan kütləyə paylanıb.