Alimlər insan sifətinin hərarətini ölçməklə onların sağlamlıq vəziyyətini və qocalma sürətini müəyyən edə biliblər.
Teleqraf.com xəbər verir ki, süni intellektə əsaslanan metodun müxtəlif xəstəliklərin də erkən diaqnozunu təmin edəcəyi gözlənilir.
Alimlər üzün müxtəlif hissələrində temperaturun dəyişməsi ilə xəstəliklər arasında əlaqəni aşkar etmək üçün araşdırma aparıblar.
Tədqiqatçılar təxminən 2800 çinli iştirakçının üzlərinin termal fotoşəkillərini çəkib və bu şəkillərdə 54 nöqtəni müəyyən ediblər. Bu termal məlumatlarla öyrədilmiş süni intellekt temperaturlara əsaslanaraq insanların bioloji yaşlarını təxmin edib.
"ThermoFace" adlanan üsul, metabolik xəstəliklərdən əziyyət çəkən insanların göz ətrafının daha isti olduğunu və daha sürətli termal yaşlanma göstərdiyini ortaya qoyub. Həmçinin müəyyən edilib ki, yüksək təzyiq yanaqların qızarması ilə özünü göstərir.
Komanda gələcək tədqiqatlarında ThermoFace ilə yuxu pozğunluqlarını və ürək xəstəliklərini aşkarlamağa çalışacaq. Metod hələ başlanğıc mərhələsindədir, lakin tədqiqatçılar erkən diaqnoz qoya bilən bu tətbiqin bir gün xəstəxanalarda istifadə ediləcəyini ümid edirlər.