15 İyul 22:17
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrika ölkələsi Qanada "Danq" qızdırması aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, dövlət rəsmiləri 9 nəfərdə "Danq" qızdırmasının simptomları qeydə alınıb.

Açıqlamaya görə, öncə xəstələrin malyariya xəstəliyinə yoluxduqları düşünülüb, daha sonra isə onların "Danq" qızdırması testi müsbət çıxıb.

"Danq" qızdırması əsasən tropik və subtropik bölgələrdə yayılıb. Bildirilir ki, bu xəstəlik insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. Mart, iyun, sentyabr və dekabr aylarında xəstəliyə yoluxma halları artır.


Müəllif: Arzu

Oxşar xəbərlər