ABŞ-nin Marsa astronavt göndərməklə kosmosun tədqiqində yeni addım atmağın vaxtı çatıb.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri amerikalı iş adamı İlon Mask deyib.
"İndi Amerikanın Marsa astronavt göndərməklə daha böyük zirvələrə çatmasının vaxtıdır!" - Mask bildirib. Onun sözlərinə görə, kosmos səyahətçisi olmaq və Marsın tədqiqinə kömək etmək istəyən hər kəsin buna şansı olmalıdır.