8 Sentyabr 09:11
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı sahibkar İlon Mask Marsa ilk insanların gözlənilən enişinin tarixini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, "SpaceX" iki ildən sonra Marsa ilk pilotsuz kosmik aparatı göndərəcək. Missiya uğurlu olarsa, daha 2 ildən sonra pilotlu uçuşlar həyata keçiriləcək. İş adamı əmindir ki, bundan sonra uçuşların tezliyi artacaq. O, təqribən 20 ildən sonra Marsda ilk şəhərin qurulacağını təxmin edir.

Mask həmçinin "Starship"in bu onilliyin sonuna qədər Aya insan və yük daşıyacağını gözləyir.


Müəllif: Arzu

Oxşar xəbərlər