9 Sentyabr 23:12
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple" korporasiyası "iPhone 16" seriyalı smartfonlarını təqdim edib.

Teleqraf.com xəbər verir ki, təqdimat şirkətin saytında yayımlanıb.

Yeni dizayn kamera linzalarının yerini dəyişdirilib. Cihaz 2000 nit parlaqlığa malik 50 faiz daha davamlı ekrana malikdir. Telefonlar süni intellekt (AI) dəstəyi ilə yeni A18 prosessoru ilə təchiz edilib. Onun "iPhone 15"də istifadə olunan A16 çipindən 30 faiz daha sürətli olduğu qeyd edilib.

"iPhone 16" və "iPhone 16 Plus" ikili kameraya malikdir. Yeni smartfonun ultramarin, çəhrayı, mavi, qara və ağ rənqləri mövcuddur.

"iPhone 16"nın xarici bazarda qiyməti 800 dollar (təxminən 1360 manat) təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər