10 Sentyabr 01:40
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya polisi əməliyyat zamanı məktəblidə oyuncaq tapança aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hamburq şəhər polis xidməti məlumat yayıb.

Bildirilir ki, 16 yaşlı məktəbli odlu silah gəzdirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra tapançanın oyuncaq olduğu müəyyənləşib.

Xidmətin açıqlamasına görə, şagird daha əvvəl məktəbdə mübahisə edib sonra isə məktəbin yanında odlu silahla görünüb.


Müəllif: Arzu

Oxşar xəbərlər