ABŞ-da bloggerlər "Milton" qasırğası ilə əlaqədar təxliyədən imtina ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.
Məlumata görə, ciddi xəbərdarlıqlara baxmayaraq, bəzi bloggerlər qasırğa baş verəcək əraziləri video çəkmək naminə tərk etmək istəmirlər.
Bu siyahıya evdə qalmaq qərarına görə abunəçilər tərəfindən tənqid edilən Caroline Callovay də daxildir.
Bu arada yayımçı Adin Ross qasırğanın yayımına razı olan hər kəsə 30 min dollar təklif edib. Canlı yayım zamanı ciddi xəsarətlər olarsa, məbləğ 75 min dollara qədər artırılacaq.