5 Noyabr 22:52
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Taqanski Məhkəməsi "TikTok" sosial şəbəkəsimi cərimələyib.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, sosial şəbəkə Rusiyanın İnzibati Xətalar Məcəlləsinin (İXM) 19.7.10-cu maddəsini pozduğuna görə cərimələnib.

"TikTok" sosial şəbəkənin sahibi tərəfindən media, kütləvi kommunikasiyalar, informasiya texnologiyaları və rabitə sahəsində nəzarət funksiyalarını həyata keçirən federal icra hakimiyyəti orqanının göstərişlərinə əməl etməməkdə ittiham edilib.

Məhkəmə sosial şəbəkəyə dörd milyon rubl (təxmini 69 min manat) cərimə kəsib.


Müəllif: Arzu

Oxşar xəbərlər