6 Mart 2015 13:59
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma erməni soyqırımının 100 illiyinə hazırlaşan Ermənistanda hazırda Rusiya hərbi təlimlər keçirir. Üstəlik ölkədə siyasi və sosial gərginlik günü-gündən artmaqdadır. Qeyd olunur ki, ölkədə baş verənlər Ermənistanın qondarma soyqırımı ilə bağlı nəzərdə tutduğu planları kölgədə qoyur. Teleqraf.com Ermənistanda baş verənlərlə bağlı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının mövqeyini öyrənib.

- Akif bəy, son günlər Ermənistanda qondarma soyqırımının 100 illiyi ilə bağlı nəzərdə tutulan tədbirlərin effekt verməyəcəyini, dünyanın bu məsələyə biganə yanaşağını söyləyirlər. Sizcə, bu iddialar nə dərəcədə əsaslıdır?
- Ermənistan qondarma erməni soyqırımının yüz illiyinə ciddi-cəhdlə çalışır. Amma onlar heç nəyə nail olmayacaqlar. Artıq dünya həqiqəti başa düşür. Türkiyə güclənib, regionda nüfuzlu dövlətə çevtrilib. Böyük dövlətlər Ermənistana görə Türkiyə ilə münasibətləri pisləşdirmək istəmir. Qondarma erməni soyqırımının çürüyü çıxıb. Erməni rəsmiləri səfər etdikləri ölkələrdə bu məsələni o qədər qaldırıblar ki, dövlətləri bezdiriblər. Fransanın özü artıq bu məsələnin üzərinə qayıtmaq istəmir. Başa düşürlər ki, 100 il bundan öncə baş verənləri gündəmə gətirmək və həmin hadisələrə qiymət vermək siyasi savadsızlıqdan başqa bir şey deyil. Ermənistan qondarma soyqırımının 100 illiyinə dövlət başçılarını dəvət edib. Amma yəqin ki, bir çox ölkələrin prezidentləri, hökumət nümayəndələri dəvəti qəbul etməyəcəklər. Türkiyə də önləyici addımlar atıb. Aprelin 24-də Türkiyədə Çanaqqala zəfəri qeyd olunacaq. Yəqin ki, dünya ölkələri Çanaqqala zəfərinə daha çox maraq göstərəcək, nəinki qondarma soyqırımına. Dövlətlər hadisələrə reall qiymət verirlər, uydurma iddialara inanmırlar.

- Belə demək mümkündürmü ki, 2015-ci il saxta soyqırımı iddialarının tanıdılması baxımından Ermənistan üçün son şansdır?
- Əlbəttə. Bu məsələ artıq tarixin arxivinə gömür. Üzərindən bir əsr keçən "soyqırımı"n 101,102 və digər ildönümləri heç kəsi maraqlandırmayacaq. Ona görə də, Ermənistan çalışır ki, bu il nəyəsə nail olsun. Əks təqdirdə 2015-ci il Ermənistan üçün itirilmiş il olacaq. Dünya artıq başa düşür ki, bu, tarixçilərin işidir. ABŞ-ın 26 ştatında qondarma erməni soyqırımının tanınması heç nəyi həll etmir. Çünki ABŞ bir nəçə dəfə ermənilərin arzusunu ürəyində qoyub. Nümayəndələr Palatasının Plenar İclasında məsələ müzakirə olunmadı. Türkiyənin təzyiqi ilə müzakirələr təxirə salındı. Bu, o deməkdir ki, Ağ Ev bu il də Ermənistanı məyus edəcək. Ən yaxşı halda 1915-ci ildə baş verənləri "Böyük faciə" adlandıracaq.

Ermənistanın özündə də bu məsələyə birmənalı yanaşma yoxdur. Ermənistan müxalifəti "soyqırımı" ilə bağlı sənəd hazırlayıb, dünya dövlətlərinə müraciət etmək istəyib. Amma müxalifətdə olan sabiq prezidnet Ter Petrosyan sənədin əleyhinə çıxıb. Bildirib ki, belə bir sənədin qəbulu Ermənistan-Türkiyə münasibətlərinə zərbə vuracaq, Dağlıq Qarabağ münaqişəsilə bağlı ermənilərin mövqeyini zəiflədəcək, dünyada Ermənistanın nüfuzunu ləkələyəcək və s. Ermənistanın çox məşhur simaları da qondarma iddiaya qarşı çıxırlar. Məsələn tanınmış erməni bəstəkarı və diplomatı Şarl Aznavur dəfələrlə bəyan edib ki, ermənilər arxivi eşələmək siyasətindən əl çəkməli, müasir dünya ilə ayaqlaşmalıdır.

- Ermənistanın daxilində də sosial və siyasi problemlər artıb, aksiyalar keçirilir. Sizcə, Ermənistandakı gərginlik bu ölkədə yüksək səviyyədə tədbir keçirməyə imkan verirmi?
- Çox doğru qeyd etdiniz. Ermənistanda siyasi və sosial gərginlik son həddə çatıb. Sarkisyanın özünün durumu ağırdır. Beynəlxalq müşahidəçilər də qeyd edirlər ki, Ermənistanda siyasi və sosial böhran dərindir və yaxın illərdə onun həlli mümkün görünmür. Bu dəqiqə sıravi ermənilərin yadına "erməni soyqırımı" düşmür. Çünki onların o qədər sosial problemi, sıxıntısı var ki, "erməni soyqırımı" iddiası onlara gülünc görünür.

- Rusiya Ermənistanda hərbi təlimlər keçirir. Maraqlıdır ki, təlimdəki texnikalar Gürcüstan ərazisi vasitəsilə Ermənistana daşınıb. Erməni saytları təlimləri Rusiyanın bu ölkəyə hərbi dəstəyi kimi qiymətləndirir. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Bununla Ermənistan Rusiyanın vassalı olduğunu bir daha sübut etdi. Ermənilər tarixlərini saxtalaşdıraraq Sasani, Əhəməni, Bizans və s. imperiyaların dövründə müstəqil dövlət olduqlarını bildirirlər. Amma bunlar yalıandır. Bu günün özündə Ermənistan müstəqil dövlət deyil. Kölədilər. Rusiyanın əyaləti kimidilər. Rusiya isə Ermənistanın iradəsizliyindən istifadə edərək Cənubi Qafqazda mövqelərini gücləndirmək istəyir. Ukraynadakı hadisələrdən sonra Kreml digər MDB ölkələrini itirmək istəmir. Bu, həm də Qərbə əzələ nümayişidir. Rusiyanın Ermənistanda hərbi təlimlər keçirməsi Gürcüstanı da çox ciddi narahat edir. Rusiya Abxaziyadan keçən dəmiryolunu işə salmaq istəyir. Bu, faktiki olaraq Gürcüstanın suverenliyinə hörmətsizlikdir və ölkəni ciddi təhdidlər altına qoyur. Ümumiyyətlə, Rusiya tipli dövlətlər çökməyə yaxın təhlükəli oyunlarla məşğul olur. Bu mənada Rusiyanın Cənubi Qafqazla bağlı planlarını həyata keçirə biləcəyinə inanmıram.

Ruslan


Müəllif:

Oxşar xəbərlər