28 Fevral 2017 20:59
4 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan Tibb Universitetinin əsaslı kitabxanası direktorunun elmi işlər üzrə müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Saşa Əliyevlə müsahibəni təqdim edir:

- Azərbaycanda erməni dilini bilən azsaylı şəxslərdən birisiniz. Bu dili necə öyrənmisiniz?
- Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində yaşamışıq, Torf adlı 8 illik məktəbdə ermənilərlə birgə oxumuşam. Torf kəndi bizim kəndə bitişik idi, erməni uşaqlarla münasibətimiz vardı, ünsiyyət sayəsində erməni dilini müəyyən qədər öyrəndim. 9-10-cu sinfi isə Çaxırlı kəndində oxudum, orada da azərbaycanlılarla ermənilərlə bir yerdə təhsil alırdı. Hər gün erməni kəndinin içindən keçib məktəbə gedirdik. Məktəbi bitirəndən sonra 1971-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil oldum. Qiyabi təhsil aldığıma görə öz kəndimizdə işləməyə başladım, 1972-ci ildə Qanlı kəndində klub müdiri təyin edildim. Ətrafda ermənilər çox idi, radionu açırdım erməni dilində verilişlər efirə verilir, bütün bunların təsiri ilə erməni dilini mükəmməl öyrəndim. Rayon səviyyəli hansı tədbir keçirildirsə, klub müdiri kimi iştirak edirdim. Bundan başqa jurnalistika ilə də məşğul idim.

- Harada və nələrdən yazırdınız?
- Çalışdığım qəzetin adı əvvəl “Bolluq uğrunda” adlanırdı, sonra adını dəyişib “Vardenis” qoydular. Erməni dilini bildiyimə görə baş redaktor Yunis Abdullayev məni erməni idarələrinə göndərirdi. Rayonda bütün idarələrdə ermənilər işləyirdi. “Hay trans” deyirdilər, erməni nəqliyyat, o cümlədən su, işıq idarələrindən yazılar hazırlayırdım. Qəzet həm Azərbaycan, həm də erməni dilində çap olunurdu. Elə vəziyyət yarandı ki, rayonda tanınmağa başladım və sonralar bu məşhurluğun mənə xeyri də dəydi. Mənə bir çox vəzifə təklifləri oldu, amma bir səbəbə görə qəbul etmədim. Təkliflərdən biri də qəzetdə tam ştatda müxbir işi ilə bağlı idi. Bir gün azərbaycanlıların yedikləri yeməklərə donuz tükü, ətin içinə şüşə və dəmir qırıntısı tökdüklərinin şahidi oldum və diksindim. Bizimkilər yeyirdi, mədə-bağırsağı deşirdi, 3-4 ilə metostaz verib insanı öldürürdü. Kafe və restoranlarda türklər üçün xüsusi yemək adı ilə təklif edilirdi.

- Siz bu barədə haradan məlumat əldə etmişdiniz?
- Bir gün klubdan çıxıb mağazaya gəlmişdim, elə önündəcə 5-10 dəqiqə dayanmışdım ki, kənd sovetinin sədri “Moskviç”lə gəldi, yanında da Yerevandan qonaq gəlmişdi, görüşdük, məni qonağa təqdim elədi, dedi erməni dilini yaxşı bilir, klub müdiridi, işlərimizdə köməklik edir, elə birinci məni mağazaya itələdi, sonra qonaqla özü girdi. İrəvandan gələn bir araq götürdü, mən də şokoladla peçenye götürmək istəyirdim, içəri keçəndə baxdım ki, sədr butulkanı qaldırıb baxdı, mən də diqqətlə süzdüm ki, araq butulkasının içində qara zərrəciklər var, o, butulkanı aparıb yerinə qoydu, başqa “setka”dan araq götürüb baxdı, gördü tərtəmiz şəffafdır, gətirib stolun üstünə qoydu. Yerevandan gələn adam pıçıldadı ki, sən niyə mən götürdüyüm arağı qaytardın? Qayıtdı ki, o, türklər üçündür. Dedi ki, bizimkilər arağın içinə donuzun tükünü üyüdüb töküblər, qısa zamanda mədə-bağırsağı deşir, heç həkim də səbəbini tapa bilmir.

- Bunu kənd sovetinin sədri etiraf edirdi?
- Bəli, Ararat Akopyan Yerevandan gələn nümayəndəyə ermənicə başa salırdı. Mən də bu dili bildiyimə görə onun dediklərini başa düşdüm. Hələ qayıtdı ki, yeməklərdə ətin içinə dəmir və şüşə qırıntısı da tökürlər.

- Dediniz Sizə vəzifə təklifləri verilmişdi, azərbaycanlı olduğunuzu bilə-bilə?
- Erməni dilini yaxşı bildiyimə görə mədəniyyət şöbəsinin müdiri rayon partiya komitəsinin birinci katibinə deyib ki, Saşa adında cavan oğlan var, azərbaycanlıdır, savadlıdır. İclaslarda Mərkəzi Komitənin nümayəndələrinin sualına ermənilər cavab verə bilmirdi, mən ermənicə cavablandırırdım, onlar dəhşətə gəlirdi. 1980-ci ildə siyahıyaalma keçirilirdi, Statistika Komitəsindən iki nəfər gəlib seminar keçdi. Rəis gəlib soruşdu ki, işlər necədi, seminar keçən şəxs məni işarə verib dedi bu cavab oğlan bizə kömək edir. Başını uzadıb əlavə elədi o, türkdür. İdarə rəisi gedəndən sonra təlimçilər soruşdular ki, İrəvanda oxumusan? Dedim yox, Bakı Dövlət Universitetini bitirmişəm, ermənicəni tay-tuşlarımdan öyrənmişəm. Statistika idarəsinin rəisi təlim keçən şəxslərlə məsləhətləşib dedi ki, materialı təhvil verməyə elə Saşanı göndərərsən. Qabiliyyətli bir erməni tapa bilmirdilər ki, İrəvana göndərələr. Siyahıya alma başa çatandan sonra Statistika İdarəsinin rəisi evimizə gəldi ki, materialları İrəvandakı Komitəyə təhvil vermək üçün mənimlə gedək. Mən də qayıtdım ki, həm klub müdiriyəm, həm də qonşu kənddə orta məktəbdə tarix və erməni dili dərsi keçirəm, məktəbdən mən icazə alaram, siz də gedin mədəniyyət şöbəsinin müdirindən icazə alın.

- Hansı klub idi?
- Klubun vəzifəsi ondan ibarət idi ki, müəyyən tədbirlər hazırlayıb keçirirdi. Hansısa kitabın təqdimatını və ya yığıncaq təşkil edilirdi. 5 gün İrəvanda mehmanxanada qaldım, materialı Komitə işçilərinə təqdim edirdim, hansısa səhvlər olanda suallar ünvanlayırdılar. Statistika İdarəsinin rəisi soruşdu ki, vəziyyət necədir? İşçilər dedilər ki, hələ bizə bu oğlan kimi heç bir rayondan kömək edən olmayıb. Sonra bizim idarə rəisi məni evimizə qədər gətirib qoydu. Sonradan bu idarə rəisinin mənə köməyi dəydi. 1988-ci ildə ermənilər bizimkiləri qırıb, döyürdülər, əşyalarımızı evlərimizdən zorla çıxarırdlar, o zaman rəisin oğlu mənə çox köməklik elədi. O, polis idarəsinin rəis müavini idi. Gördüm vəziyyət pisdi, 1988-ci il dekabrın 7-si idi, hər tərəfdən ermənilər hücuma keçirdi. Gedib dayımgildən polis idarəsinə zəng elədim. Bütün idarələrin erməniləri məni jurnalist kimi tanıyırdılar. Rəisi çağırtdırdım, dedilər yoxdur, ancaq müavini Arden Kərəmoviç Xaçatryan buradadır, xahiş elədim ki, birləşdirsinlər. Özümü təqdim elədim, dedim vəziyyətimiz pisdir, qabağımızı kəsib öldürmək, əşyalarımızı əlimizdən almaq istəyirlər. Dedi darıxma, 5 dəqiqəyə evinizdəyəm. Gördüm 3 maşın polislə gəldi, qabağına gedib dedim, atanızla yaxşı münasibətimiz olub, qayıtdı ki, sən Saşa Əliyevsən? Dedim bəli. Tez tapançasını çıxarıb tətiyi çəkdi. İşçilərinə əmr etdi ki, silahları hazır vəziyyətə gətirin, mən əmr edən kimi ermənilərə atəş açın. Polislər silahları ermənilərin üstünə tutdular, bir erməni polisi də ayırdı ki, Qazaxın sərhəddinə qədər bizi ötürüb qayıtsın. O cür həyatımız xilas oldu, 1988-ci ildə bura gəldik.

-Klub müdiri olduğunuz üçün əvvəlcədən xəbərdarlıq, güzəşt...
- Yox, bir şeyi də qeyd edim ki, mədəniyyət sahəsində yenii iş planı tətbiq olunanda nazirlikdən 3 nümayəndə gəlmişdi, həmin iclasda ermənilərin suallarına ancaq mən cavab verirdim. İclasda Vardenis “Raykom”unun 3-cü katibi Danilyan Flora da oturmuşdu. Məni yanına çağırtdırdı. Onun kabinetinə getdim, içəri daxil olanda ayağa qalxıb qapıya tərəf gəldi, əl verib salamlaşdı. Üzbəüz oturub dedi ki, ermənicə elə danışırsan ki, nitqinə heyran oldum, çox xahiş edirəm gəl, bizim idarədə tərcüməçi işlə. Çox israr etsə də, imtina elədim. Ermənilər bizə yeməkdə qəsd elədiyini bilirdim deyə razılaşa bilməzdim. Ondan qabaq isə Mmədəniyyət şöbəsinin müdiri baş metodist kimi məni çağırmışdı. Dayım Əli Əliyev “Raykom”da ideologiya şöbəsinin müdiri idi, birinci katib dəyişəndə yeni katib erməniliyinə saldı azərbaycanlı olduğuna görə dayımı işdən çıxardı, qonşu kəndə məktəb direktoru göndərdi. Günlərin birində məktəb yoxlayanda nizam-intizama görə heyrətlənir və onu işdən çıxardığına görə peşman olduğunu demişdi.

- Yeməklərin içinə şüşə, dəmir qırıntıları töküldüyünü söylədiniz, bu barədə azərbaycanlıları xəbərdar edirdiniz?
- Deyirdim, amma mənə inanmırdılar. Amma neçə adam haqda eşidirdim ki, qıvrılıb mədəsindən əziyyət çəkir. Nə qədər adamın öldü. Mən bazarlığı İrəvandan edirdim, ermənicə danışırdım deyə türk olduğumu sezə bilmirdilər. Atamın əmisi oğlu rayonda mağazada işləyirdi, o məndən küsürdü ki, niyə məndən almırsan. Mən nə qədər deyirdim ki, siz satdığınız arağın tərkibində üyüdülmüş donuz tükü var inanmırdılar. Məktəbdə müəllimlər məni lağa qoyub gülürdülər. Rayon mərkəzində restoran vardı, bir erməni tanışım əl çəkmədi ki, gedib yemək yeyək. Məni masada qoyub restoran sahibinin yanına getdi, pıçıldayırdı ki, işiniz olmasın, yaxşı oğlandır, onun yeməyinə heç nə qatma. Bufet sahibinə də tapşırıq veriblər ki, türklər gələndə onların yeməyinə şüşə qırıntısı qoy. Mən dodaqlarının tərpənişindən söhbətdən hali oldum. Məni restorana dəvət edən erməni nə qədər israr etsə də, heç nə yemədim.

- Yaxşı münasibətdə olduğunuz ermənilər vardı?
- Torf istehsalat birliyinin Lerment Xçatryan adlı direktoru vardı, bir dəfə onun haqda məqalə yazmışdım, elə sevinirdi ki, elə bil ona dünyanı bağışlamışdım. Məni harda görsə maşını saxlayıb gedəcəyim ünvana aparırdı. Bir dəfə evimizə baxdı, dedi ki, sənin kimi savadlı adam daha yaxşı evdə yaşamalıdır, belə evdə yaşamağına qıymıram. Mənim evimin tikilməsi üçün Spitak rayonundan 3 “Kamaz” daş gətirdi. Əlimdən hər şey gəlirdi, 10 metr uzunluğundan, 5 metr enində ev tikdim. Kənardan baxanlar heyran qalırdı. Bax o erməni mənə kömək etmişdi. O, mənə 88-ci ildə köçhaköçdə də yardım elədi. Kənddə hamı qaçırdı, mən dayıma görə qaldım, dayım deyirdi ki, Sovet hökuməti bizə kömək edər, narahat olmağa dəyməz.

- Artıq kənd boşalmışdı?
- Hə, 4-5 ailə qalmışdı. Biz də maşın tapa bilmirdik. Torf istehsalat birliyinin direktorunun yanına getdim, qapını açdım, ağzımı açmağa macal vermədi, dərhal dedi ki, get qaraja, indi gəlirəm. Sən demə yanında Daşnaksütyun partiyasının rəhbəri varmış. Üzü tüklü ermənidən hiss elədim ki, özü qəsdən mənim danışmağıma aman vermədi. Sonra qaraja sevinə-sevinə gəldi ki, Əliyev, nə yaxşı Azərbaycan dilində danışmadın, azərbaycanca 1 kəlmə desəydin, sən də məhv olacaqdın, mən də. Dedi, yanımdakı erməni Daşnaksütyun partiyasının rəhbəri idi. Qayıtdım ki, hissiyatım güclüdür, qapını açanda hiss elədim ki, kimdir, saqqallı adamların əleyhimizə çox danışdığının şahidi olmuşam. Bir dəfə işıq idarəsindən piyada gəlirdim, Nesesyan adlı məşhur cərrah vardı, yolda saqqallı Daşnaksütyun partiyasının üzvünə deyirdi ki, mən vəzifəmin öhdəsindən layiqincə gəlmişəm, indiyədək əməliyyat zamanı 100-ə yaxın türk öldürmüşəm. Mədə və kor bağırsağı əməliyyat edəndə orqanları deşib dəmir qoyurmuş. Nə qədər azərbaycanlını bu üsulla tələf edibmiş. Pəhləvan kimi bir oğlan vardı kənddə o, əməliyyatdan cəmi 4 gün sonra öldü.

- Həmin erməni sizin kəndin həkimi idi?
- Basarkeçər, sonradan adını Vardenis qoymuşdular, rayon xəstəxanasının cərrahı idi.

- Bakıya gələndən sonra ermənilərlə təmasınız olubmu?
- Yox, olmayıb, 2002-ci ildə Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyası (İFLA) İrəvanda kitabxana işinə dair beynəlxalq konfrans keçirdi. 11 nəfər Azərbaycandan gedən nümayəndənin tərkibində mən də vardım. Beynəlxalq təşkilatın təqdimatı əsasında bizi polislər qoruyurdu. Polislərin rəsisinə dedim ki, olarmı gedib rayonumuzu ziyarət edim? Dedi ki, bu səfər üçün 3 polis maşını lazımdır və 450 dollar xərc tələb edir. Mənim üstümdə o qədər pul yox idi, cəmi 250 manatım vardı, pulum çatmadı, kəndimizə baxıb gəlmək istəyirdim.

- Sizcə, yenidən ermənilərlə bir yerdə yaşaya bilərik?
- Ermənilər tarixən azərbaycanlıları qırmağa çalışıblar, bizə pis münasibət göstəriblər. Onlarla bir yerdə yaşamaq heç cür mümkün deyil. Bizim rayonda nə qədər savadlı, qabiliyyətli adamları məhv elədilər. Maşınların “tyaqa”sını sökürdülər ki, azərbaycanlılar qəza törətsinlər. Dayım tanınmış adam idi, onun da maşınına xətər yetirmişdilər. Bir gün dedi ki, yorğunam, Zond kəndi vardı, maşına min get, bir iş var həll elə, gəl. Maşına minəndə qəribə hiss məni bürüdü, dayımın kiçik oğlu da mənimlə idi. O da yolboyu israrla soruşurdu ki, niyə asta sürürsən, mən də dedim, hələ gedək görək başımıza nə gəlir, tələsmə. Rayonumuzu keçəndən sonra Nərimanlı kəndinin sərhəddinə çatanda yolda çuxur maşına narahatlıq verməyə başladı. Çökəyə düşməmək üçün “rol”u sağa burdum, gördük möhkəm səs gəldi, “rol” tabe olmadı. Sən demə ermənilər boşaldıb 3 “rezba” saxlayıblar. Dedim Əlövsət, gördünmü, bax buna görə möhkəm sürmürdüm, hiss edirdim ki, nə isə ola bilır. Maşında açar da yox idi, birtəhər məftillə “rezba”nı bərk bağladım, geri qayıdıb maşın təmiri üçün ustanın yanına gətirdim. Orada da ermənilər işləyirdi, ustaya dedim ki, “tyaqa” çıxıb, gəl, bax. Mən də onunla birgə maşının altına girdim. Mənə dedi ki, sən niyə bura girirsən, çıx. Dedim çıxmıram, cavan adamam öyrənməliyəm, çalışırdı ki, mən baxmayım başqa nəyisə xarab eləsin. Hər şeyi yerbəyer elətdirdim, yüksək sürətlə sürdüm, 5 dəqiqə keçmədi gedib işimizi həll edib qayıdıb gəldik. Azərbaycanlıların maşınlarının o cür zay edirdilər, nə qədər adam tələf oldu.

- Neçə ildir Azərbaycan Tibb Universitetinin əsaslı kitabxanasında çalışırsınız? Bakıya gələndən sonra ev-eşik, iş qurmaq çətin olmadı ki?
- Direktorumuz Ziyafət xanımın başçılığı altında kitabxanadakı işimiz yüksək səviyyədədir. İxtisas üzrə heç bir müsəssisədə bu qədər kitab yoxdur. Virtual oxu zalımız da var ki, 18-ə qədər kompüter quraşdırılıb, tələbələr rahatlıqla istifadə edə bilirlər. Müəllimlərimiz yeni nəşrlər olan kimi kitabxanamıza bağışlayır. O vaxt Qorbaçovun 2 köməkçisi erməni idi, onlar Mütəllibova zəng edib tapşırıqlar verirdilər, ermənilər əl-qol açmağa, qayıdıb bizi Bakıdakı evimizdən çıxarmağa çalışırdılar. Köçhaköçdə burada erməni ilə evimi dəyişmişdim, həmin erməni qayıdıb gəldi, Bakıdakı evi əlimdən almaq istəyirdi. Oradakı evim elə getdi, 5 min manat da verdim ki, Bakıdakı evdən əl çəksin. 1988-ci il dekabrın 7-dən gəldik, Statistika Komitəsində iqtisadçı işlədim, 90-cı ildə Qaçqınlar Cəmiyyəti yaranmışdı, oraya gedib özümü təqdim elədim, İdarə Heyəti məni işə dəvət elədi. 1994-cü ilədək ideologiya şöbəsində baş təlimatçı vəzifəsində çalışdım. Sonra Ağrıdağ cəmiyyəti yarandı, bir müddət orada işlədim, 1996-cı ildən Tibb Universitetinə gəldim. Elə o dövrdən kitabxanada direktor müavini işləyirəm.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər