14 Yanvar 2022 18:00
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Azərbaycan Prezidentləri Şurasının toplantısının keçirilməsi nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən danışıb.

“Növbəti addım Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclasını təşkil etməkdir”, - o vurğulayıb.

Bundan başqa, Volodimir Zelenski və İlham Əliyev bu ilin birinci yarısında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə də razılığa gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər