Zərifə Teymur qızı Salahova “Şərəf” ordeni ilə təltif edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, sabah Z.Salahovanın 90 yaşı tamam olur.