Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu bayram ərəfəsində mən Rumıniya ilə Azərbaycan Respublikası arasında bir çox səviyyələrdəki dialoqun və əməkdaşlığın ikitərəfli strateji tərəfdaşlıq vasitəsilə möhkəm təməllər üzərində inkişaf edəcəyinə və şaxələnəcəyinə qəti inamımı ifadə edirəm.
Xüsusilə regional əhəmiyyətli enerji və nəqliyyat kimi strateji sahələrdə ikitərəfli iqtisadi inkişafın intensivləşdirilməsi və şaxələndirilməsi qarşıdakı dövrdə ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətini təşkil edir.
Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqun inkişafına dəstəyini davam etdirəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək bu il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunması kontekstində Sizin Rumıniyaya səfər etməyinizlə bağlı dəvətimizi bir daha çatdırmaq istəyirəm.
Cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edəsiniz".
***
Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi arzularımızı çatdırıram.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək.
Dərin hörmətlə,
Devid Con Hörli
Avstraliya İttifaqının General-Qubernatoru.
***
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirik.
Zati-alinizə hörmət və ehtiramla,
Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi,
Baş nazirin müavini
***
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və birgə İslam fəaliyyətinin təşviqi məqsədi daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.
Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında liderliyini və dəstəyini bundan sonra da əsirgəməyəcək.
Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin.