5 İyul 2022 17:34
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana əsasən, 2021-ci il aprelin 30-da Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiqlənib.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

***

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.

Saziş qüvvəyə mindikdən sonra Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana əsasən, 2022-ci il mayın 19-da İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə” təsdiqlənib.

Sənədə əsasən, fərmanda göstərilən Əlavə Prosedur Müqavilə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əlavə Prosedur Müqavilənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.


Müəllif: Teleqraf.com