5 İyul 2022 17:30
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, sənədə əsasən, 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monqolustan Hökumətinə bildiriş göndərməlidir.


Müəllif: Teleqraf.com