8 Fevral 2023 16:10
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib.

"Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək", - dövlət başçısı vurğulayıb.


Müəllif: Teleqraf.com