COVID-19 ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqqlarına müddətli əlavənin vaxtı uzadılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Dəyişikliklə COVID-19 ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqlarına verilən əlavənin müddəti aprel ayına qədər uzadılıb.