16:55
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olunduqlarını elan ediblər.

Teleqraf.com bu barədə Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanının 1-ci və 4-cü hissələrinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli qərarı ilə yaradılıb.

Monitorinq Mərkəzi Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxs kimi fəaliyyət göstərib.

Dövlət Tərcümə Mərkəzi isə Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli, 2236 saylı Sərəncamı ilə yaradılıb.

Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilinin saflığının qorunması, düzgün istifadəsinin təmin edilməsi, dil və tərcümə sahəsinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsi, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatların Azərbaycanda tanıdılması və təbliği işinin həyata keçirilməsi olub.

Qeyd edək ki, Prezident İlham Əliyev 21 noyabr 2024-cü ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər