Sabah Gürcüstan parlamentinin yaz sessiyası işinə başlayır.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, ilk plenar iclasda ölkə prezidenti Mixeil Kavelaşvili məruzə ilə çıxış edəcək.
Sənəddə Gürcüstandakı vəziyyət ilə bağlı ən mühüm məsələlər yer alacaq.
Dövlət başçısının məruzəsindən sonra “Gürcü Arzusu” fraksiyasının sədri və çoxluğun lideri çıxışlar edəcəklər və bununla da iclasa yekun vurulacaq.