Moskva ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında görüşün keçirilməsi üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri variantlarını nəzərdən keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bu ölkələr Vladimir Putinin həbsi üçün order verən Beynəlxalq Cinayətlər Məhkəməsinin üzvü deyil.
Qeyd edək ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayətlər Məhkəməsi Prezident Vladimir Putinin həbsi üçün order verib.