Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi Səudiyyə Ərəbistanı dostluq qrupunun yaradılmasını Parlament Şurasına təklif etmək barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən qurumun sədri Sərkis Xandanyan məlumat verib.
Komitə sədri xatırladıb ki, Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər 2023-cü ilin noyabrında qurulub.
Ötən il iki dövlət qarşılıqlı olaraq qeyri-rezident səfirlər təyin edib və son olaraq, Səudiyyə Ərəbistanı parlamentində Səudiyyə Ərəbistanı-Ermənistan dostluq qrupu yaradılıb.