Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Kiyevin hələ də ABŞ prezidenti Donald Trampla effektiv ünsiyyət kanalı yarada bilməməsindən çox narahatdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Poroşenko özünün Telegram kanalında yazıb.
Onun fikrincə, Rusiya, ABŞ, Ukrayna və Aİ “hərbi əməliyyatları dayandırmaq üçün zəruri olan” danışıqlarda iştirak etməlidir.
Eyni zamanda Poroşenko bildirib ki, o, o, Paris səfərindən sonra Berlin və Vaşinqtona gedəcək. Hər üç səfərdə əsas müzakirə mövzusu Ukraynanın müdafiəsini gücləndirmək, yeni silahlar almaqdır.