14:59
258
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donetsk Xalq Respublikası”nın (Ukraynanın işğal edilmiş vilayəti – red.) Boks Federasiyasının rəhbəri Armen Sərkisyana qarşı sui-qəsd sifarişlidir və əvvəlcədən planlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS Rusiyanın hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.

“Sərkisyana qarşı sui-qəsd çox diqqətlə planlaşdırılıb və sifariş edilib. Hazırda müstəntiqlər icraçıları və sifarişçiləri müəyyənləşdirirlər”, - agentliyin mənbəsi bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxt Moskvada bir yaşayış kompleksininin girişi yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində ermənilərdən ibarət “ArBat” batalyonunun komandiri Armen Sərkisyan ölüb.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Əlavə edək ki, “ArBat” Ukrayna ilə müharibədə Rusiya tərəfində döyüşür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər