Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) 20-dək müraciət daxil olub.
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov qurumun fevralın 3-də keçirilən iclasında deyib.
Sədr söyləyib ki, bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarına 10 müraciət daxil olub.
"Bugünkü iclasda iki müraciət araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib. 14 müraciət müvafiq dairə seçki komissiyalarında araşdırılır. Əsas məsələ olaraq, sosial şəbəkələrdə yayılan məlumatlara diqqət edilməlidir", - deyə MSK sədri söyləyib.