16:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 5-də Serbiyanın paytaxtı Belqradda boks üzrə beynəlxalq turnir start götürəcək.

Teleqraf.com xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Belqradda yığmamızın heyətində Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) gücünü yoxlayacaq.

Qeyd edək ki, bu gün səfərə yollanan boksçularımız fevralın 10-da Bakıya qayıdacaqlar.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər